دانلود آهنگ ترکی پاییز گجسی از ریاد

ریاد – پاییز گجسی

دانلود آهنگ جدید ریاد به نام پاییز گجسی

Riad – Payiz Gecesi

دانلود آهنگ ترکی پاییز گجسی از ریاد

دانلود آهنگ ترکی پاییز گجسی از ریاد

متن آهنگ پاییز گجسی

Payız gecəsi həzin külək, narın atan yağışlar
Qara buludlu sərin havada soyuq-soyuq baxışlar
Sakit otaq bir siqaret xatirələr bir də mən
Üzümdə bir qürur fəqət içimdə yalvarışlar

Səninlə mən bir ruh idik ayrı-ayrı bədəndə
Bağışlamışdım səni mən mənə bu səhvi edəndə
Sən əslində elə də qəbahətli bir şey etmədin
Mənə bir həyat dərsi oldu tərk eliyib gedəndə

Qara gözündən işarətdir həyatımda qaranlıq
Zaman keçir, çıxıb gedir vəfasızdı cavanlıq
Mən gələcək günlərimin hamını fəda edərdim
Bircə dəfə gözüm gözünü görsə idi bir anlıq

Şeh düşəndə səhərə yaxın gül üstündə jalələr
Al yanağların misalı düzənlikdə lalələr
Göyə baxaraq dərdlərimi buludlarla bölüşürəm
Buludların göz yaşının səbəbidi ah-nalələr

Sən gedəni üzümdə qəm, gözümsə intizarlı
Saçıma ağ düşər görünər uca dağın üstü qarlı
Sən gedişinlə mənə dağ çəkdin amma sevgilim
Bu dağı elə sənin çəkməyindi edən vüqarlı

Necə də çıxartdın mənə verdiyin əhdi yadından
Mən səni seçmişdim özümə yar o qədər qadından
Nə olsun ki, eşitmirsən, unutmusan bəlkə də
Mənsə şeirlərdə istifadə edirəm adından

Bu hala nəcür düşdüyümü anlamadım özümdə
Hələ də sənin xəyalındı duran nəmli gözümdə
Hər şeirdə gizlədirəm adını sözlər içində
Özünü taparsan axtarsan əgər məna sözümdə

Kipriyin ox, qaşın kaman atıb ürəyimi dələrdin
Mən ölməmiş sağlığımda bircə dəfə gələrdin
Üz-üzə duraq, gözünə baxıb sənə danışım dərdimi
Sənə sənin haqqında danışsam elə kövrələrdin

.

.

.

دانلود جدیدترین آهنگ های تورکی

تورک موزیک ، مرجع آهنگ های تورکی

کانال تلگرامی تورک موزیک

https://t.me/www_torkmusic_ir

 .:( صفحه اصلی سایت ):.

 

پخش آنلاین موزیک

دیدگاه خود را بگذارید