دانلود آهنگ ترکی آذربایجان از الوین ناصیر

الوین ناصیر – آذربایجان

دانلود آهنگ جدید الوین ناصیر به نام آذربایجان

Elvin Nasir – Azərbaycan

دانلود آهنگ ترکی آذربایجان از الوین ناصیر

دانلود آهنگ ترکی آذربایجان از الوین ناصیر

متن آهنگ آذربایجان

Can Vətənim, qadan mənə gəlsin!
Yolunda şəhadət azdır nədir ki, bir quru can?!
Yetər ki, toxunmasın boynuna düşmən nəfəsi,
Yetər ki, parçalanma, bütöv qal Azərbaycan!

Elə bir günəşsən ki, üfüqlərin can gətirir
Ey mənim səltənətim, gözümün nuru Vətən.
Çəkərəm torpağı mən üstümə bir yorğan tək
Ruhum Allaha təslim, sənə qurbandı bədən.

Ey mənim ana yurdum, ey mənim can Vətənim,
Rahat ol heç bir vaxt, səni vermərəm yad əllərə.
Bu dünya gülüstan isə, ən ətirli gülləri sən,
Qoymarıq kimsə qoxlaya, qoymarıq kimsə dərə.

Və bütün dünya silahlarını çəksə üstümüzə,
Ölüm olsun gedərəm, qorxmuram ki, ürkəm mən.
Duysun bəşər-aləm, duysun bütün dünya,
Ki, qanım Türk qanıdır, sonuna qədər Türkəm mən!

De nələr çəkdi başın?! Nə olar susma danış!
Nə qədər dondu bulağlar?! Daş olub axmadı çaylar.
Elə bil daş bağladılar sənin keçmişinə
Nə qədər Gülüstanlar, nə qədər Türkmənçaylar.

Təbrizin, Ərdəbilin ayrı düşüb, birləşərik.
Sevincdən ağlayacaqsan bir gün qovuşanda.
Elə bir sevincdir ki, izahı mümkünsüz,
Necə sən sevinirdin Məmməd Əmin danışanda.

Qarabağ bizdədir artıq qətiyyən etmə təlaş!
Ki, indi acizdir əlbir olan qonşuların.
Bir yanda rus ilə fars və digər yanda erməni,
Üzü dönsün görüm o kafir olan qonşuların.

Ey mənim can Vətənim, qadan mənə gəlsin!
Yolunda şəhadət azdır nədir ki, bir quru can?!
Yetər ki, toxunmasın boynuna düşmən nəfəsi,
Yetər ki, parçalanma, bütöv qal Azərbaycan!

.

.

.

دانلود جدیدترین آهنگ های تورکی

تورک موزیک ، مرجع آهنگ های تورکی

کانال تلگرامی تورک موزیک

https://t.me/www_torkmusic_ir

 .:( صفحه اصلی سایت ):.

 

 .:( مشاهده تمامی آهنگ های الوین ناصیر ):.

4.1/5 - (16 امتیاز)
پخش آنلاین موزیک

دیدگاه خود را بگذارید